Tovuzda zəhərlənmə faktı qeydə alınıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.
Belə ki, 1954-cü il təvəllüdlü Rahilə Dəmirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.










































