AZXEBER.COM portalı tanınmış androloq-cərrah Tariyel Məmmədovun portalımıza verdiyi müsahibəni təqdim edir.
Tariyel bəy, erektil disfunksiya nədir? Erektil disfunksiya (qabaqlar elektil disfunksiyanı impotensiya adlandırırdılar) daimi və yaxud periodik potensiyanın pozulmasına deyilir. Bir çox kişilər bu problemlə periodik olsa belə rastlaşırlar. Əgər bu hal xəstələrdə mütəmadi baş verirsə, dərhal həkimə müraciət etmək lazımdır ki, erektil disfunksiyanın səbəbi müəyyən edilsin və düzgün müalicə təyin edilsin. Müalicəyə nə qədər erkən başlanılarsa, müalicənin nəticəsi bir o qədər yüksək olar. Erektil disfunksiya çox yayılmış xəstəlikdir? Son araşdırmalara görə, dünyada 150 milyondan artıq kişi, erektil disfunksiyadan (cinsi zəiflikdən) əziyyət çəkir. Əfsuslar olsun ki, onlardan sadəcə 10%-i erektil disfunksiyanın müalicəsi üçün həkimə müraciət edir. Erektil ddinfunksiyanın diaqnozu necə qoyulur? Diaqnozun qoyulmasında xəstə ilə söhbət çox önəmlidir. Xəstə ilə söhbət zamanı erektil disfunksiyanın psixogen və yaxud orqanik olmasını təyin etmək mümkündür. Erektil disfunksiyanın iki növü var. Bunlardan biri psixogen erektil disfunksiya (birincili və ya ikincili ola bilər), digəri isə orqanik erektil disfunksiyadır (arterial, venoz, kaverzon və s. Mənşəli ola bilər. Psixogen erektil disfunksiya nədir? Psixogen cinsi zəiflik anı yaranır. Bu xəstələrdə cinsiyyət üzvündə, cinsi sistemdə hər hansı bir patologiya olmur. Müxtəlif səbəblərdən (ilk toy gecəsi qorxusu sindromu, xroniki stress və.) yarana bilər. Psixogen erektil disfunksiya birincili ola bilər. Bu xüsusən gənclərdə müşahidə olunur və ikincili psixogen erektil disfunksiya mütəmadi cinsi həyat yaşayan insanlarda hər hansı səbəbdən ani yarana bilər. Orqnik erektil disfunksiyanın səbəbləri hansılardır? Orqanik cinsi zəifliyin yaranmasına müxtəlif xəstəliklər səbəb ola bilər: ekdokrin xəstəliklər (şəkərli diabet, hipoqanadizm, axtalanma və s. , mübadilə pozulması ilə müşahidə olunan xəstəliklər (qaraciyərin sirrozu, böyrək çatmamazlığı və s.), hemoloji xəstəliklər (leykoz, limfaqranulyomatoz və s.), müxtəlif damar xəstəlikləri (venoz çatmamazlığı, aortanın anevrizması, leriş sindromu və s.), kardiorespirator xəstəliklər (ürəyin işemik xəstəliyi, infark və.), nevroloji xəstəliklər (insult, altsgeymer xəstəliyi və s.), cinsiyyət üzvünün orqanik xəstəlikləri (kavernofibroz, peyroni xəstəliyi, hipospadiya, mikropenis və s.) Erektil disfunksiyanın müalicəsi varmı? Əgər varsa, müalicə hansı üsullarla aparılır? Müasir dövrümüzdə cinsi zəiflik tamailə müalicə olunan xəstəlikdir. Cinsi zəifliyin müalicəsində müxtəlif üsullardan istifadə olunur: psixoterapiya, müxtəlif dərmanlar və fizioterapevtik müalicədən, intrakanevroz inyeksiyalardan, cərrahi müalicələrdən (falloprotezləşdirmədən vəs.) istifadə olunur. Erektil disfunksiyanın profilaktikası üçün nə etmək lazımdır? Zərərli vərdişlərdən (siqaret çəkmə, alkohol və s.) uzaq olmaq lazımdır. İdmanla məşğul olmaq lazım, xorniki stressdən uzaq olmaq lazımdır. Vaxtında mütəxəssiə müraciət etmək lazımdır. Ozal İbrahimli
Fb adresi: Tariyel Məmmədov
Email: [email protected]/* */Tel: 055 718 16 66