Rusiyada yeni evli cütlüklərin ilk gecəsi ölümlə nəticələnib.
ANS PRESS-in "Komsomolskaya Pravda" ya istinadla verdiyi məlumata görə, Moqilevski vilayətində yaşayan adları şərti olan 22 yaşlı Nastya və 38 yaşlı Aleksandr uzun müddət görüşəndən sonra evlənməyə qərar veriblər.
İyunun 1-də onlar yaxın dostlarının iştirakı ilə özlərinə toy təşkil ediblər. Nə baş veribsə qonaqlar dağılaşandan sonra olub.
Belə ki, yeni evlililərin ilk gecəsi dava-dalaşla başlayıb. İlkin məlumata görə, buna səbəb ərin həyat yoldaşını qısqanması olub.
Emosiyalarını gizlədə bilməyən gəlin bəyə sillə vurub. Bundan sonra cavab alan qız 5-ci mərtəbədəki evinin eyvanına çıxıb. Onun arxasınca gələn kişi onu eyvandan aşağı atıb. Hündürlükdən yıxılan gənc qadın hadisə yerindəcə keçinib.
Hadisənin səbəblərini dəqiqiləşdirmək üçün bir necə tibbi ekspertiza təyin edilib.