Toy günü bəy həbsxanaya düşdü - dəhşətli hadisə

Toy günü bəy həbsxanaya düşdü - dəhşətli hadisə
DÜNYA
09:14 13.11.2023
252
Toyda gəlini götürərkən silahını havaya atan bəy təsadüfən gəlin maşınının sürücüsünü vurub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Burdur vilayətində baş verib.

Məlumata görə, gəlini götürmək üçün Kışla rayonuna gələn bəy gəlini götürərkən əlindəki silahla havaya atəş açmağa başlayıb. Bu zaman təsadüfən gəlin maşınının sürücüsü Halil İbrahimin boyun nahiyəsindən atəş açılıb. 

Hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. 

Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk yardımından sonra yaralı təcili yardımla Burdur Dövlət Xəstəxanasına aparılıb. Hadisədən sonra bəy İsmayıl C. polis qruplarının çağırışı üzərinə hadisə yerindən uzaqlaşaraq təslim olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR