Toy günü bəyin başına oyun gəldi

MARAQLI
10:31 31.10.2014
1943
Gəlin etdiyi hərəkətə görə peşman olub.
Toy günü bəyə sürpriz etmək istəyən bir gəlin gözləmədiyi reaksiya ilə qarşılaşıb.
AZXEBER.COM xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Çinin Şenjen şəhərində bir cütlük evlilik günü ayrılıblar.
Buna səbəb isə gəlinin bəyə sürpriz etmək həvəsi olub. Belə ki, toy günü günü gəlini görən bəy onun inanılmaz hala düşdüyünü görüb. Nə olduğunu soruşduqda isə makiyajla 70 yaşlı qadına oxşadılan gənc gəlin bəyə, “yaşlananda da məni sevəcəksənmi?” sualını verib.
Gözlənilməz sürprizdən xoşlanmayan bəy əsəbiləşərək gəlini küçənin ortasında qoyaraq oradan uzaqlaşıb. Toy mərasimi təxirə salınıb, gəlin isə etdiyi hərəkətə görə peşman olub.
OXŞAR XƏBƏRLƏR