Toy günü dostu və dayısı ilə birlikdə bıçaqlandılar - VİDEO

Toy günü dostu və dayısı ilə birlikdə bıçaqlandılar - VİDEO
SOSİAL
00:11 30.09.2025
147
Bəy toyu günü bıçaqlandı.

AZXEBER.COM xəbər verir ki, hadisə İsmayıllı rayonunun Talıstan kəndində qeydə alınıb. Toy günü,  gecə saatlarında bəy, 20 yaşlı Səid İsayev  və və bir neçə şəxs mübahisə edib. Bıçaqlanma hadisəsi də mübahisədən sonra olub.

Hadisə nəticəsində  20 yaşlı Səid İsayev, onun dayısı 49 yaşlı  Rahil İsmayılov, 18 yaşlı Osman İsmayılov və 2008-ci il təvəllüdlü şəxs  müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Bəyin dayısı və daha bir nəfərin vəziyyəti ağırdır.

Dörd nəfəri bıçaqlayan şəxsin 23 yaşlı Elşən Babayev olduğu müəyyən edilərək saxlanılıb.

Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.

OXŞAR XƏBƏRLƏR