Toy günü gəlini döyən bəydən - AÇIQLAMA

Toy günü gəlini döyən bəydən - AÇIQLAMA
DÜNYA
23:54 20.06.2022
602
Özbəkistanda müsabiqədə qalib gəldiyi üçün gəlini toyda döyən bəy ondan üzr istəyib. 

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, bəy gəlinin başına əli ilə möhkəm zərbə endirməsinin səbəbini açıqlayıb.

"Özümü saxlaya bilmədim və əlim havaya uçdu. Mən gəlindən üzr istədim, bir daha belə olmayacaq" - deyə o, bildirib. 

Zərbədən sonra gəlin başını tutaraq masanı tərk etsə də, video yayımlanandan sonra o, həyat yoldaşının cəzalandırılmamasını xahiş edib.

Özbəkistan prezidenti Şavkat Mirziyayevin qızı hadisəyə münasibət bildirib. O, sivil və zəngin ölkədə xoşbəxt yaşamaq istəyənlərin qadınlara qarşı zorakılığın qəbuledilməz olduğu tezisini dəstəkləmələrinin lazım olduğunu vurğulayıb. Dövlət başçısının qızı həmyerlilərini öz övladları ilə bağlı səhv etməməyə, onlara dərsdən sonra oxumağa qadağa qoymamağa, tez bir zamanda evləndirməyə çalışmamağa çağırıb.

OXŞAR XƏBƏRLƏR