"Toy məktəbinin qurucusu elə özüməm" - Qalmaqal yaradacaq etiraf

"Toy məktəbinin qurucusu elə özüməm" - Qalmaqal yaradacaq etiraf
MAQAZİN
12:40 10.02.2026
366
Manaf Ağayev yenidən qalmaqal yaradacaq açıqlama ilə çıxış edib.
 
AZXEBER.COM xəbər verir ki, "Rəngarəng" verilişində qonaq olan sənətçi özünü bir daha "Toylar kralı" adlandırıb.
 
Tacir Şahmalıoğlunun sənətinin öz sənətindən üstün olduğunu deyən Manaf, ona yarışmada qalib gəldiyini xatırladaraq toy məktəbinin qurucusu olduğunu deyib:
 
"Soruşsanız ki, kim məndən yaxşı oxuyur, deyərdim Tacir Şahmalıoğlu. Amma toy məktəbində kim öndədir soruşursunuzsa, deyim ki, mən elə onun qurucusuyam! Dünyaya çıxmaq fikrim olmayıb, elə də böyük sənətim yoxdur. Ancaq Azərbaycanda toy məktəbini quran elə mənəm.
 
"Toylar kralı" yarışmasının qalibi olmuşam və mən qalib ola-ola necə başqasının adını deyim? Mən bu şeylərə diqqətlə yanaşıram. Tacirin sənəti məndən güclüdür, amma biz yarışmada birlikdə olmuşuq, onun da qalibi mən olmuşam. Özüm-özümə səs vermək imkanım da yox idi. Kasıb idim, köhnə evdə yaşayırdım. Bu hamısı xalqın səsi idi".
 
Aysel
OXŞAR XƏBƏRLƏR