Toy mərasimində ölüm hadisəsi - BAKIDA

Toy mərasimində ölüm hadisəsi - BAKIDA
SOSİAL
10:16 21.09.2017
760
Bakıda şadlıq evində ölüm hadisəsi baş verib.
 
AZXEBER.COM-un məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində qeydə alınıb. Orada keçirilən toy mərasiminə qonaq qismində qatılan Cəlilabad rayon sakini, 1951-ci il təvəllüdlü Səmid Məmmədov qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.
 
Faktla bağlı araşdırma aparılır.
 
apa.az
OXŞAR XƏBƏRLƏR