"Toy olsun"un aparıcısı meyxana dedi

"Toy olsun"un aparıcısı meyxana dedi
ŞOU-BİZNES
18:39 26.06.2011
4422

Bəli, düz tapdınız. Ulvira da mahnı oxuyan aparıcılar sırasına adını yazdırmaqda qərarlıdır. Onu bu işi görməyə həvəsləndirənsə gənc meyxanaçı Tərlan Dağlı olub.

Təşkil olunan məclislərin birində musiqili meyxananı xatırladan "Əbədi sevgi" adlanan dueti səsləndirən cütlük, qonaqlardan yetərincə alqış mükafatı aldılar. Trend-ə açıqlamasında karyerasını həm də müğənni kimi davam etdirəcəyini söyləyən xanım Qarayeva, sənətçilərin çörəyinə şərik çıxmaq niyyətində olmadığını da etiraf etdi.

"Təklif Tərlandan gəldi ki, səsimə uyğun mahnı yazıb. Əvvəlcə qəti şəkildə oxumayacağımı desəm də, sonda başqa dostlarım məsləhət bildi ki, oxumaq məndə alınacaq. Və səsyazma studiyasına gedib ilk mahnımızı oxuduq. Eşidənlər deyir ki, pis alınmayıb. Fikrimiz var ki, maraqlı klip də çəkək", - Ulvira dedi.

Populyar tele-aparıcıya təşəkkür edən Tərlan isə özünü xoşbəxt ifaçı adlandırdı. "Şadam ki, Ulvira xanım təklifi qəbul etdi və musiqili meyxana üslubunda olan birinci mahnımızı ərsəyə gətirdik. Ümidvaram ki, yaradıcı əməkdaşlığımız davamlı olacaq və dinləyicilərin zövqlərini qısa zamanda bir-birindən maraqlı mahnılarla oxşamaqda davam edəcəyik", -Tərlan Dağlı dedi.

Gənclərə dəstək olan Qarayevanın bu addımını təqdirəlayiq hal kimi qiymətləndirib, yerli şou-biznesdə yaranan yeni duet ortaqlarına uğurlar arzulayırıq.

 

OXŞAR XƏBƏRLƏR