"Toy Olsun"un iştirakçısı həbs edildi

"Toy Olsun"un iştirakçısı həbs edildi
12:57 04.08.2011
3321
Lakin necə deyərlər, “xidmət – xidmətdir”. 

Xəzər rayon Polis İdarəsinin müstəntiqi Neman Şirinovun Vesti.az-a verdiyi məlumata görə, 2011-ci ilin iyun-iyul aylarında Binə qəsəbəsində ardıcıl mənzil oğurluğu etməkdə şübhəli bilinən Astara rayonunun işsiz sakini, 1987-ci il təvəllüdlü Qasımov Elçin Babakişi oğlu tutulub. Müstəntiq bildirib ki, Qasımov əməllərini boynuna alıb, lakin onu da bildirib ki, oğurluğu təkbaşına edib. Bununla belə, təhqiqatçılar buna şübhə ilə yanaşırlar. Onlar Qasımovla birgə iştirak etmiş şəxslərin işin gedişində həbs oluna biləcəklərini istisna etmirlər.

Qasımov gündüz vaxtı Binə qəsəbəsi sakininin evinə soxulmaqda ittiham olunur. O, evdə heç kimin olmadığını aydınlaşdırdıqdan sonra mənzilə girib. Oğru bunu ən sadə üsulla edib: Evin qapısı qarşısında dayanıb və istənilən adı çağıraraq, elə görüntü yaradıb ki, guya mənzil sahibini çağırır. Cavab verən olmasa, demək evdə heç kim yoxdur. Adətən, səhvə yol verməyib. Bax, bu yolla Qasımov mənzillərin birindən 2000 manatlıq qızıl əşyalarını, digərindən mobil telefonlar, pul, video DVD oğurlayıb. Zərərçəkənlərin birindən o, hətta avtomobil sənədlərini də “çırpışdırıb”.

“Oğurlanmış telefonlar saxlanılandan maddi sübut qismində götürülüb. Təhqiqat nəticəsində məlum olub ki, Qasımov oğurladığı telefonları nəinki söndürməyi fikrindən keçirməyib, hətta telefon sahibinin zənginə cavab verərək onu kobud formada məlum istiqamətə göndərib. Qızıl məmulatlarına gəldikdə, oğru onları aşağı qiymətə sata bilib. İndi istintaq Qasımovun bəzək əşyalarını kimə satdığını aydınlaşdırır” - deyə Şirinov məlumat verib.

Bununla yanaşı, polis əməkdaşları dindirilmə zamanı maraqlı məqamı üzə çıxarıblar. Məlum olub ki, Qasımov nəinki peşəkar oğru, həm də istedadlı meyxanaçıdır. Qanun keşikçiləri onun ifa etdiyi meyxanalardan böyük zövq alıblar və hətta arzu ediblər ki, Qasımov həyatın o biri tərəfinə ayaq basmasın.

İlkin təhqiqatın gedişində daha bir maraqlı məqam üzə çıxıb. Daha dəqiqi, işə yeni epizod əlavə olunub. Demə, Qasımov həyat yoldaşı axtarışı ilə bir ay öncə ANS telekanalında yayımlanan “Toy olsun” verilişində iştirak edib və gəncəli qızla tanış olub. O, televiziya verilişini əliboş tərk etməyib. Qasımov şou seyrçilərindən birinin mobil telefonunun oğurlayıb. Bu barədə Xəzər rayon Polis İdarəsinin əməkdaşlarını sorğu ilə müraciət etdikləri Yasamal rayon Polis İdarəsindən olan həmkarları məlumatlandırıb.

O da bildirilir ki, Qasımov Binə qəsəbəsində növbəti mənzil oğurluğuna cəhd edərkən yaxalanıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
17:08 25.05.2025
Qəzzada ölənlərin sayı 54 minə yaxınlaşıb
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
16:54 25.05.2025
Ukraynanın xarici işlər naziri Zəfər parkını və Şəhidlər xiyabanını ziyarət edib - FOTOLAR
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
16:45 25.05.2025
Göygöldə sirkə turşusundan zəhərlənən müəllim vəfat etdi
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
16:26 25.05.2025
Hakan Fidan Putinlə GÖRÜŞƏCƏK
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib