Toy qaydalarının pozulmasına görə daha 2 nəfərə cinayət işi açılıb, 203 nəfər cərimələndi

Toy qaydalarının pozulmasına görə daha 2 nəfərə cinayət işi açılıb, 203 nəfər cərimələndi
SOSİAL
09:48 09.08.2021
334
7 və 8 avqust tarixlərində Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 653 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən AZXEBER.COM-a verilən məlumata görə, monitorinq 495 şadlıq sarayında, 158 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 203 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 5395 nəfər "COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
OXŞAR XƏBƏRLƏR