Toyda yeməklərdən 82 nəfər zəhərlənib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Qaziantepin İslahiye rayonunda toyda verilən şam yeməyini yedikdən sonra pisləşən 82 nəfər xəstəxanada müalicə olunduqdan sonra evə buraxılıb.
Karapolat məhəlləsində Bayram A oğlunun toyunda qonaqlara noxud, toyuq düyü, ayran şorbası və ət yeməyi təklif edib. Evlərinə qayıdan qonaqlar gecə saatlarında ürəkbulanma və qusma şikayətləri ilə İslahiye Dövlət Xəstəxanasına müraciət ediblər.
İslahiye Dövlət Xəstəxanasında müalicə alan 82 nəfər daha sonra evə buraxılıb.
Ayşən