Əməkdar artist Firuzə ibadova yeni açıqlaması ilə hər kəsi təəccübləndirib.
AZXEBER.COM BAKU.WS-ə istinadən verir ki, "7 canlı" proqramına qonaq olan ifaçı bölgələrdən birində toyda olarkən başına gələn hadisədən danışıb. İbadova məclisdə onunla rəqs etmək istəyən gənc oğlanı döydüyün deyib:
"Hadisə illər əvvəl olub. Övladım yaşda oğlan idi. Sevmirəm məclisdə kişinin gəlib qadının qulağına nəsə deməsini. Gəldi qulağıma dedi ki, oynayaq. Baxdım cavab verdim ki "Oğlum, get otur". Dedi "Yox, siz mənimlə oynayacaqsınız". Gördüm əl çəkmir, kobudcasına mikrofonu qoydum yerə. Yapışdım köynəyindən, dedim, mənimlə oynamaq istəyirsən? Qayıtdı ki "Hə".
Dedim, gəl oynayaq, dartdım onu və şilləni vurdum. Yıxıldı yerə. Özüm də məəttəl qaldım ki, bunu necə etdim? Elə bil bir aktrisa igidi vurdu yerə yıxdı. İşıqlar yandı, gördülər bir nəfər uzanıb yerə. Qayıtdı ki, oynamaq istəyirdim nə etdim? ".