Toyda baş verən yanğında daha 93 nəfər həyatını itirdi

Toyda baş verən yanğında daha 93 nəfər həyatını itirdi
DÜNYA
10:57 28.09.2023
279
İraqın Mosul şəhərində toyda baş verən yanğında həyatını itirən 93 nəfər dəfn edilib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, haqqında həbs qərarı çıxarılan şadlıq sarayının sahibi Ərbildə tutulub.

Təxminən 3 saat davam edən dəfn mərasiminə minlərlə insan qatılıb.

Yanğın fəlakətindən sağ çıxan bəy dəfn mərasimində göz yaşlarına boğularkən, qəbiristanlığa gətirilən hər meyitlə birlikdə mərsiyələr yandırılıb.
 
İştirakçılar yanğında həyatını itirənlərin fotoşəkillərini daşıyarkən, ölənlər arasında çoxlu uşaq və qadınların olduğu görülüb.

İraq Kürd Regional Rəhbərliyi (KRQ) Mosulun Həmdaniyyə rayonunda baş verən yanğında 93 nəfərin həyatını itirdiyi şadlıq evinin sahibinin Ərbildə tutulduğunu açıqlayıb.

Açıqlamada, İraq Daxili İşlər Nazirliyinin salonun sahibi Semir Süleyman Krumi Rafo Asu da daxil olmaqla bir çox adamın həbsinə order verdiyi bildirilib.
 
Qeyd edək ki, gecə saatlarında Həmdaniyyə rayonunda şadlıq sarayında atəşfəşanlıq nəticəsində yanğın baş verib. Yanğında 93 nəfər ölüb, 100-dən çox insan yaralanıb. Yanğın zamanı zalda minə yaxın insanın olduğu açıqlanıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR