Toyda dava düşdü - ofisiantı şüşə butulka ilə vurdular

SOSİAL
23:16 30.10.2019
7938
Ağstafada döyülmə faktı qeydə alınıb. 

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində toyda baş verib. 

Toyda xidmət edən 28 yaşlı Fərid Salıfovun qonaqların biri ilə mübahisəsi yaranıb. Davaya çevrilən insident zamanı qarşı tərəf şüşə butulka ilə ona zərbələr endirib. Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aaparılır.

OXŞAR XƏBƏRLƏR