Toyda dəhşətli hadisə - oğul anasının qatilini öldürdü

Toyda dəhşətli hadisə - oğul anasının qatilini öldürdü
DÜNYA
13:28 16.06.2023
1068
18 il əvvəl anasını öldürdüyünü iddia etdiyi qohumunu toydan sonra öldürən şübhəli Adanada tutularaq həbs edilib. 

AZXEBER.COM xəbər verir ki, hadisə Türkiyənin Seyhan rayonunun Reşatbey məhəlləsindəki keçirilən toyda baş verib. 

Belə ki, qohumunun toyunda iştirak edən Ali Yeşilağaç onun üçün ayrılmış masada əyləşərkən bir müddət sonra qohumu Necmettin Ömer Kapka gəlib. Tərəflər arasında mübahisə yaranıb. Müzakirə zamanı Kapka əlindəki tapança ilə Yeşilağaça atəş açıb. 

Ömer Kapka ifadəsində deyib: "Ali Yeşilağaç anam Fatime Altundalı silahla vuraraq öldürməkdə mühakimə olunub. O, kifayət qədər dəlil olmadığı üçün bəraət alıb. Toyda görüşdük. Məni görən kimi əlini belinə götürdü. Fikirləşdim ki, silah çəkəcək və mən də silahla ona atəş açdım”.

Ali Yeşilağaç isə 2006-cı ilin martında öldürülən Fatime Altundalın qətlinə görə mühakimə olunub və sübut olmadığı üçün bəraət alıb.

Ayşən

 

OXŞAR XƏBƏRLƏR