Toyda faciə: gəlin maşında diri-diri yandı - FOTOLAR

MARAQLI
11:19 06.05.2013
4740

ABŞ-ın San-Fransisko şəhərində toydan əvvəlki ziyafət faciəyə çevrilib.

Ziyafətə yollanan 8 qadının olduğu limuzin körpüdə yanıb. Milli.Az ABC-yə istinadən bildirir ki, sürücü və maşında olan 4 qadın maşından çıxa biliblər. Onlar alovlanan maşındakı rəfiqələrini xilas etməyə çalışsalar da, səyləri puç olub. CNN bildirir ki, maşından qurtulan qadınlar dəm qazı zəhərlənməsi və müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıblar. San Mateo Hayuard körpüsündəki faciə ilə bağlı araşdırmalar başlanıb. Polis maşının alışıb yanmasının səbəblərini təhqiq edir. Körpüdəki tıxacda qaldığından hərəkət edə bilməyən limuzində yananlar arasında Fresno şəhərində tibb bacısı olmuş 31 yaşlıNeriza Fohasda vardı. O, gəlindi və toyu münasibətilə ən yaxın rəfiqələrini ziyafətə dəvət etmişdi. 34 yaşlıJasmin Desqia, 42 yaşlıMariya Quardiano, 36 yaşlıArellano Nelyavə 48 yaşlıAmalia Loyola, habelə 46 yaşıl sürücüOrvill Braunyanan maşından sağ qurtulublar.

OXŞAR XƏBƏRLƏR