Toyda havaya açılan atəş bəyi ağır yaraladı

Toyda havaya açılan atəş bəyi ağır yaraladı
DÜNYA
19:33 13.01.2020
6177

Türkiyənin Şanlıurfa şəhərində toyu olan gənc yaralanıb.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, Bilecik rayonunda 25 yaşlı bəy Mehmet Yılmaz toyunda yallı oynayarkən güllə ilə vurulub.

Açıq havada keçirilən toy zamanı havaya atılan güllələrdən biri onun başına dəyib.

Xəstəxanaya çatdırılan gəncin vəziyyəti ağır qiymətləndirilir.

Bəyin yaralanmasına görə toy təxirə salınıb.

 

Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin kimliyini müəyyən edib, axtarışına başlayıblar.

OXŞAR XƏBƏRLƏR