Toyda mübahisə düşdü, 2 nəfər bıçaqlandı

Toyda mübahisə düşdü, 2 nəfər bıçaqlandı
SOSİAL
23:41 05.02.2023
182
Şəmkir rayonunda toy mərasimində bıçaqlanma hadisəsi olub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə Şəmkir şəhər ərazisində yerləşən şənlik evlərinin birində keçirilən toy mərasimində qeydə alınıb.

Mərasimdə düşən mübahisə zamanı 1996-cı il təvəllüdlü İntiqam Nərimanlı qol nahiyəsindən, 1993-cü il təvəllüdlü Məmməd Məmmədli isə bədəninin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR