Toyda oynamaq üstündə dava - 2 nəfər bıçaqlandı

Toyda oynamaq üstündə dava -  2 nəfər bıçaqlandı
KRİMİNAL
11:50 07.06.2014
2676

Balakən rayonunda toy məclisi iki nəfərin bıçaqlanması ilə başa çatıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə iyunun 6-da rayonun Qazma kəndində Rafiq adlı şəxsin oğlunun toy məclisində baş verib.

Balakən rayonu Qazma kənd sakini, 1978-ci il təvəllüdlü Bayram Muxtar oğlu Vəliyev, 52 yaşlı Həsən Vahid oğlu Mirəliyev və daha bir  neçə şəxsin arasında oynamaq üstündə mübahisə yaranıb. Bundan sonra içkili vəziyyətdə olan Həsən Mirəliyev evinə gedib və bıçaq götürərək toy məclisinə qayıdıb. O, oynamaq üstündə mübahisə etdiyi Bayram Vəliyevlə yenidən mübahisə edib və əlindəki bıçaqla onun sağ döş qəfəsinə xəsarət yetirib. Bundan sonra H. Mirəliyev B. Vəliyevin bacanağının anası, 1953-cü il təvəllüdlü Mahizər Abduləziz qızı Quliyevanın qarın boşluğundan daxilə nüfuz edən bıçaq zərbəsi vurub. B. Vəliyev və M. Quliyeva Balakən rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Onların üzərində cərrahiyyə əməliyyatı aparılıb, müalicələri davam etdirilir. B. Vəliyevin vəziyyəti orta stabil, M. Quliyevanin vəziyyəti isə orta-ağır hesab olunur.

 Hadisəni törədən Həsən Mirəliyev ömrünün 33 ilini məhkumluq həyatı yaşayıb və 6 ay əvvəl həbsdən çıxıb. Balakən RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən H. Mirəliyev saxlanılıb. Faktla bağlı Balakən RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var