Toydan pulları oğurlayan şəxslər yaxalandı - VİDEO

Toydan pulları oğurlayan şəxslər yaxalandı - VİDEO
SOSİAL
22:18 30.07.2018
10051

Kürdəmirdə toydakı qutudan pul oğurlayan şəxslər saxlanılıb.

Kürdəmirin Mollakənd kənd sakini Cosqun İsayev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, şadlıq sarayında toy mərasimi keçirilib. Toy məclisi zamanı ona məxsus 4700 manat pul naməlum şəxslər tərəfindən şadlıq sarayının ikinci mərtəbəsindəki foyedən oğurlanıb.

Aparılan araşdırmalar zamanı toy məclisindən oğurluq edən şəxslərin rayonun Qağacılı kənd sakinləri - 24 yaşlı Tərlan Mazanov və 21 yaşlı Ruhan Bəşirzadə olduğu müəyyənləşib. Onların hər ikisi tutularaq istintaqa cəlb edilib.

 

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. /xezerxeber.az

OXŞAR XƏBƏRLƏR