Deputat Fazil Mustafa İnzibati Xətalar Məcəlləsində maskaların taxılmamasına görə tətbiq ediləcək cərimələrə münasibət bildirib.
AZXEBER.COM qafqazinfo-ya istinaadən xəbər verir ki, F. Mustafa çıxışında məsələni mürəkkəbləşdirməyə ehtiyac olmadığını vurğulayıb: "Məhkəmələrin üzərinə qoymaq lazım deyil. Bu, müvəqqəti haldır. Bunu müvafiq İcra Hakimiyyəti həll etməlidir. Vəzifəli, hüquqi şəxsləri bura qatmağın nə mənası var ki? Fiziki şəxslərə şamil edilməlidir. Çünki fiziki şəxs özü fərdi məsuliyyət daşıyır”.
F. Mustafa həmçinin toyların iki saat ərzində keçirilməsini təklif edib: "Toylar iki saat olsun. Adamlar 4 aydır toyunu təxirə salıb. 50 nəfərlə hər hansı məsafə saxlamaqla bunu həyata keçirmək olar”.