Toylarda döyülən müğənnilər - ADLAR

Toylarda döyülən müğənnilər - ADLAR
MAQAZİN
17:57 01.09.2017
10504
Müğənni İzzət Bağırova "Neolit” şadlıq evində hücum olunması və döyülməsinə cəhd edilməsi sənətçilərin qarşılaşdığı ilk belə hal deyil.
AZXEBER.COM-ın məlumatına görə, axar.az-ın media üzərindən apardığı araşdırma zamanı məlum olub ki, bundan qabaq da tanınmış müğənnilər içində toylarda, el şənliklərində, müxtəlif məclislərdə döyülənlər olub.
Onlardan biri müğənni Cavanşir Məmmədovdur. Ötən il "Movida Plaza” şadlıq sarayında baş tutan məclisdə 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu onu döyüb və həmin şəxs polis tərəfindən saxlanılıb.
2011-ci ildə müğənni Ədalət Şükürov "Neon” şadlıq sarayında içkili şəxs tərəfindən döyülüb. Müğənni özü də həmin dövrdə mətbuata açıqlamasında faktı təsdiqləyib və onu vuran şəxsi üzr istədiyi üçün hüquq-mühafizə orqanlarına şikayət etməyib.
İfaçılar içərisində "ölümünə döyülən" isə Vüqar Muradov olub. Onu Moskvaya toya dəvət edən şəxslər Moskvada hava limanında qarşılayaraq, meşəyə aparıb, orada soyundurub, döyüblər. 2015-ci ildə baş verən bu cinayətin təfərrüatı mətbuatda geniş yazılıb.
Müğənni Elton Hüseynəliyevin də toyda başına iş gəlib. Ona kəllə vuran adamla müğənnini toy yiyəsi və qohumları aralayıb. Həmin kəllədən sonra Eltonun burnunda çəpər əyriliyi yaranıb.
Bəstəkar-müğənni Elza Seyidcahanın Tovuzda döyüldüyü barədə sosial şəbəkələrdə məlumatlar yayılsa da, ifaçı hadisəni təkzib etmişdi.
Əslində, bu siyahını uzatmaq da olar. Sadəcə, yaxın keçmişdə baş verən hadisələrin arayışını hazırlamaqla yanaşı dünyada məşhur ulduzların da döyülməsi faktlarına diqqət çəkməyə çalışdıq. Fərq ondandır ki, dünya məşhurları toylarda döyülməyiblər.
Məsələn, Amerikanın pop ulduzu Rihanna 2009-cu ildə "Qremmi" mükafatlandırma mərasimində nişanlısı Kris Broun tərəfindən döyülüb. Rihanna şikayətçi olmasa da məhkəmə Brouna 6 ay həbs vermiş, müğənniyə isə 50 metrdən az bir məsafədə yaxınlaşmasına icazə verməmişdi.
Aktrisa Pərixan Savaş sənətçi əri İbrahim Tatlısəs tərəfindən döyülüb. İbrahim həyat yoldaşını Dərya Tuna ilə aldadıb. Ailə arasında baş vermiş münaqişənin sonu aktrisanın ciddi döyülməsi ilə başa çatıb.
Məşhur müğənni Madonna ilə isə 1985-ci ildə ailə həyatı qurduğu Sean Penn arasında davaları çox olub. Penn içkiyə qurşandığından sonra hər gün Madonnanı döyüb. Müğənninin əri tərəfindən başına çubuqla zərbələr endirilməsi, əllərini stola bağlayaraq saatlarla döyülməsi ölkə gündəmini bir-birinə qatmışdı.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
14:07 21.10.2026
Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
14:05 21.10.2026
Əhliman Əmiraslanov vətəndaşların müraciətlərini dinləyib
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
14:04 21.10.2026
Boşansalar da, eyni evdə yaşamağa davam edirlər – Keçmiş ər-arvadı bu problemlər gözləyir
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
14:03 21.10.2026
Ərbakan da “arzuolunmaz şəxslər” siyahısına salındı
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
13:54 21.10.2026
Ahmet Çakarın Azərbaycana girişinə qadağa qoyuldu
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
13:45 21.10.2026
İş axtaranların diqqətinə: Bu paylaşımlar işə qəbulunuza mane ola bilər
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
13:37 21.10.2026
Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
13:35 21.10.2026
18 yaşlı futbolçu “Liverpul”un tarixinə düşdü
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
13:34 21.10.2026
Aztəminatlı ailələrə 97,9 manat – Bu məbləğ yetərlidirmi?
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı