Toyota tam yeni – Land Cruiser-i təqdim edir - FOTOLAR

Toyota tam yeni – Land Cruiser-i təqdim edir - FOTOLAR
SOSİAL
10:31 16.07.2021
319
Toyota tam yeni Land Cruiser LC-300-ü təqdim edir.

AZXEBER.COM xəbər verir ki, yeni modelin satışının başlanğıc tarixi 2021-ci ilin iyul ayı üçün nəzərdə tutulub. Bu tarixədək isə Toyota Azərbaycanda mətbuat nümayəndələri üçün Land Cruiser LC-300-ü test drive etmək üçün imkan yaradıb. Media nümayəndələri əvvəlcə Land Cruiser LC-200-ün, sonradan onun xələfi Land Cruiser LC-300-ün sükanı arxasına keçərək hər iki avtomobili idarə etməli və fərqi hiss etməli idilər. İlk növbədə ən diqqət çəkən fərq avtomobillərin çəkisində idi. Yeni Land Cruiser əvvəlkindən 200 kq yüngüldür.

İstehsalçıların Land Cruiser LC-300-ün timsalında sürücünün yolda və yolsuzluq şəraitində idarəsini asanlaşdıran bir SUV yaratmaq ideyasını reallaşdırdığını əminliklə söyləmək olar. Avtomobilin sükanı arxasına əyləşdikdən sonra isə digər dəyişiklikləri görmək mümkündür. Yeni idarəetmə paneli Land Cruiser LC-300-də tam yeni aura yaradır. Avtomobil yeni GA-F platforması, yeni qoşa turbo V6 mühərrikləri, yeni 10 pilləli avtomatik transmissiyası, yeni asqı sistemi və yeni xarici və daxili dizaynı ilə Toyota həvəskarlarının ixtiyarına verilib. 


Land Cruiser LC-300-də nəzərə çarpan dəyişikliklərdən biri də mühərriki işə salmaq üçün əl izi mexanizminin mövcud olmasıdır.

Land Cruiser LC-300-ün sükanı arxasına əyləşdikdən sonra sürücünün diqqətini ilk çəkən məqamlardan biri də sükanın çox yüngül idarə edilməsidir. Belə demək mümkünsə, artıq Land Cruiser LC-300-lə Toyota avtomobili bir barmaqla idarə etmək deyimini reallığa çevirib. Sükan arxasına keçib avtomobili idarə etməyə başlayanda Land Cruiser LC-300-ün böyük qabaritinə baxmayaraq, çox asanlıqla idarə olunduğu diqqətimizdən yayınmır. Land Cruiser LC-300 sələfindən fərqli olaraq yolla daha rəvan və daha səssiz səyahət edir. Avtomobil həm yolda, həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanıb. İnnovasiyalar Land Cruiser-in gücünü heç bir şəkildə azaltmadan yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir. Toyota bu hədəfi nəzərə alaraq, ilk gövdədə - korpus vasitə üçün dizayn edilmiş yeni bir TNGA ("Toyota New Global Architecture”) platformasından birinci dəfə istifadə edir. GA-F platforması fövqəladə yolsuzluq qabiliyyətini qoruyarkən gövdənin sərtliyi, gücü və dinamik tarazlığı baxımından yeni faydalar gətirir və yolda da daha yaxşı performans göstərməyə kömək edir. Yeni texnologiyaların tətbiqi çəkinin azaldılması, avtomobilin ağırlıq mərkəzinin aşağı salınması, təhlükəsizliyin yaxşılaşdırılması və eksteryer ilə interyer üçün yeni dizaynların hazırlanmasına zəmin yaradır. 

"İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” xüsusiyyətini Toyota ən son versiyası ilə daha da irəliyə aparıb. Land Cruiser-in "etibarlılıq, davamlılıq və yolsuzluq performansı” kimi mahiyyətləri markanın LC-300 modeli ilə daha gücləndirilib. Land Cruiser LC-300 tamamilə yeni avtomobildir. Avtomobil yeni GA-F platforması, yeni qoşa turbo V6 mühərrikləri, yeni 10 pilləli avtomatik transmissiyası, yeni asqı sistemi və yeni xarici və daxili dizaynı ilə Toyota həvəskarlarının ixtiyarına verilib. 70 ili əhatə edən nailiyyət mirası 170 ölkə və regionda 10 milyondan çox satışı ilə Toyota Land Cruiser-in bir avtomobil əfsanəsi olduğu hər kəsin qəbul etdiyi bir faktdır. "İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” Toyota-nın qürurla təkrar etdiyi şüardır.  

Beləliklə, avtomobilin bütün özəllikləri olduğu kimi qeyd edildi. İndi isə sınaqdan keçirmək sizin ixtiyarınızdadır.

 

 

 

 

 


 

OXŞAR XƏBƏRLƏR