Toyu olacaq gəncin meyidi tapıldı - Şəkidə dəhşət

Toyu olacaq gəncin meyidi tapıldı - Şəkidə dəhşət
SOSİAL
10:43 04.03.2017
7629

Ov etmək üçün dağa qalxan gəncin özü qurban oldu.

AZXEBER.COM ARB Şəki-ə istinadən  xəbər verir ki, bədbəxt hadisə Şəkidə baş verib.

Şin kənd sakini Mehman Cəmilov sıldırım qayadan yıxılaraq gözlərini həyata əbədi yumub. Hadisə iki gün öncə baş versə də, cəsəd ötən gün axşam tapılıb.

26 yaşlı Mehman Cəmilovun meyidi Şin kəndi yaxınlığındakı yüksək dağlıq ərazidən tapılıb. İlkin araşdırma zamanı məlum olub ki, dağlıq əraziyə ov etmək üçün gedən Mehman Cəmilov qayadan yıxılıb və aldığı xəsarətdən hadisə yerində ölüb. Mərhumun cəsədini tapmaq isə o qədər də asan olmayıb.

Birlikdə ova gedən Mehman və Səxavət Cəmilov ov zamanı bir-birlərindən ayrı düşüblər. Bir müddət keçdikdən sonra isə Səxavət Mehmanın itdiyini görüb. Ov yoldaşınının kəndə geri qayıtdığını düşünüb. Ancaq kəndə gəldikdə Mehmanın hələ də qayıtmadığını anlayıb, təşvişə düşüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR