Toyu üçün günləri sayan gənc dəhşətli hadisədən sonra ömürlük yatağa məhkum oldu – FOTOLAR

Toyu üçün günləri sayan gənc dəhşətli hadisədən sonra ömürlük yatağa məhkum oldu – FOTOLAR
DÜNYA
00:05 22.12.2022
446

Toyuna 1 ay qalmış pul yığmaq üçün motosiklet kuryeri işləyən Onur Örnek digər kuryerlə toqquşduğu üçün çarpayıya bağlı qalıb.

AZXEBER.COM xəbər verir ki, sözgüdən hadisə İzmirdə baş verib.

Motokuryer işləyən Onur Örnek yola çıxdıqdan sonra başqa bir motokuryer T.Ö qəza nəticəsində onu vurub. Qəzanı görən digər sürücülərin xəbərdarlığı ilə bölgəyə polis və sağlamlıq qrupları sövq edilib.

Məlumata görə, qəzanı törədən T.Ö polis bölməsində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.

Örneğin anası Nursel Aloğlu "Oğlum huşunu itirib, sağ tərəfini işlədə bilmir. Bir neçə günə evə buraxılacaq. Biz müalicəsini evdə davam etdirəcəyik. 24 saat yanındayam. Biz danışanda sadəcə baxır, reaksiya verə bilmir. Həkimlər deyir ki, oğlum belə qala bilər. Qarşıda bizi uzun proses gözləyir. Onun gələn ay toyu olacaqdı”, - deyə bildirib.

Gəncin fotolarını təqdim edirik:

Ayşən

 

 

 

 

OXŞAR XƏBƏRLƏR