Toyu yasa dönən 19 yaşlı gəlinin həyat hekayəsi - FOTO

Toyu yasa dönən 19 yaşlı gəlinin həyat hekayəsi - FOTO
MARAQLI
03:34 27.04.2011
8106

Afaqı faciəyə aparan hadisə

1992-ci il təvəllüdlü İsgəndərova Afaq Bilal qızı Şamaxının Cavanı kəndində anadan olub. Onun özündən başqa kiçik qardaşı da var. Orta məktəbi əla
qiymətlərlə bitirən Afaq Şamaxı Humanitar Kollecinin “Təsviri İncəsənət və Rəsmxətt” fakültəsinə daxil olur. Kollecdə digər tələbə yoldaşlarından fitri istedadı ilə fərqlənir. Onun əl qabiliyyəti hər kəsi heyran edir. Çəkdiyi rəsm əsərləri müxtəlif sərgilərə göndərilir. Həm də qrupun sinif nümayəndəsi kimi özünü qoçaq qız kimi doğruldur. Afaq kollecdə oxuyan zaman musiqi müəllimi 23 yaşlı Alim adlı oğlanla tanış olur. Onlar bir-birini sevməyə başlayırlar. Zaman keçdikcə Afaqla Alim bir-birinə bağlanır. Afaqın tələbə yoldaşları isə belə deyir: “Afaq istəyirdi ki, kolleci bitirib ailə həyatı qursun. İndi 3-cü kursda oxuyurdu. Təhsilini başa vurmağa cəmi bir il qalmışdı. 6 aya yaxın idi ki, nişanlanmışdılar. Çox mehriban idilər. Heç vaxt aralarında mübahisə olmazdı. Afaq özünü elə xoşbəxt hiss edirdi ki...”

Gənclər qərara gəlirlər ki, bu yaz subaylığın daşını atsınlar. Hətta ailələrini tələsdirirlər ki, may ayı girənə kimi toylarını etsinlər. Aprelin 23-nə toy təyin olunmuşdu. 
Qız toyu Şamaxı şəhərindəki “Şamaxı” restoranında olur. Toyun bütün yeməkləri qız evində hazırlanır. Afaq qohum-əqrəba ilə birlikdə bir neçə gün yuxusuz qalaraq şadlıq sarayına göndəriləcək yeməkləri hazırlayır. Toy günü atası onu çırağın ətrafında üç dəfə dolandırır. Üzərlik yandırılır və 19 yaşlı gəlin təmizlik, sədaqət simvolu sayılan güzgü, çıraq və yanan şamlarla ata evindən çıxarılır. Ancaq həmin gün üzücü bir hadisə baş verir. Afaqın qohumları bu hadisəni belə nəql edirlər: “Afaqın toy çırağının lampası sındı. Yenisini aldıq, o da sındı. Bu, hamımıza pis təsir etdi. Anası da yuxusunu qarışdırmışdı. Biz ona təsəlli verdik ki, Allahın köməkliyi ilə heç bir şey olmaz. Amma bilirdik ki, çırağın lampasının qırılması gələcək faciədən xəbər verir”. Bəli, artıq Afaqın faciəsi yaxınlaşırdı... Özü də heç kimin gözləmədiyi bir vaxtda.

Həyat onlara xoşbəxt olma şansı vermədi

Qız toyu adlanan ilk mərasimdən sonra oğlan tərəfi gəlini Mərəzəyə aparacaqlarını və ertəsi gün oğlan toyu keçirəcəklərini bildirir. Onlar öz adətlərinə uyğun olaraq, gəlinin qız toyundan birbaşa oğlan evinə getməli olduğunu deyirlər və Afaq Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsinə aparılır. 19 yaşlı gəlinlə bərabər onun xalası qızı və əmisi yoldaşları da qonşu rayona yola düşür.
Aprelin 24-ü günorta saatlarında Mərəzə qəsəbəsində fəaliyyətini dayandırmış üzüm emalı zavodunun həyətində qurulmuş çadırda toya hazırlıq görülür. Stollar açılır. Hər kəs əlindən gələni edir, can yandırır. Hamı toyun daha da şən keçməsinə çalışır. Toy məclisinə çoxlu sayda qonaq dəvət olunmuşdu. Hər kəs deyib-gülür, gənclərə xoşbəxtlik arzulayırdı. 
Təzə gəlinlə bəy isə evdə oturub yemək yeyirlərmiş. Onlar hazırlaşırlar ki, qonaqların qarşısına çıxsınlar. Saat 15-16 radələrində bəy toyda dostları ilə deyib-gülən zaman Afaq evdə tək oturub özünə bəzək-düzək edirmiş. Ancaq qəflətən onun vəziyyəti pisləşir. O, tez xalası qızı Laləni çağırır. Xalası qızı yetişdikdə Afaq halsız vəziyyətdə döşəmənin üzərində uzanıbmış: “Mən içəri keçib tez onun üzünə su vurdum. Özümü itirmişdim. Tez-tələsik bəyin qohumlarını çağırdım. Əvvəl elə bildik ki, yüngül bir şeydir. Yəqin keçib gedər deyə fikirləşdik. Amma sonra gördük ki, Afaq özünə gəlmədi. Təcili tibbi yardım çağırdıq. Afaqın qayınanası da həkimdir. Tibbi yardım gələnə kimi o, köməklik göstərdi. Ancaq getdikcə qızın vəziyyəti pisləşdi. Həkimlər onu maşına mindirib xəstəxanaya apardılar. Amma sonra dedilər ki, o, elə yolda keçinib”. 
Afaqı xəstəxanaya gəlinlik paltarında gətirirlər. Onun ürəyinin sıxıldığını zənn edən həkimlər gəlinlik donunu da cırmışdılar. Hətta yolda onun bəxt üzüyü də itir. Həyat yoldaşı Alim də xəstəxanada idi. Afaqın əllərini sıxaraq, “qurban olaram Afaq, məni tək qoyma”, deyərək çığırırdı. Amma hər şey bitmişdi...

“Toyu vaya dönən balam hey!!!”

Xalası Şükufə: “Afaq çox şən qız idi. Hətta qız toyunda əlindəki gülü iki-üç dəfə hamını aldatdıqdan sonra atdı. Hamımız onu çox istəyirdik. Evin tək qızı idi. Anasının dağ boyda dərdi oldu. Balasının toyu yasa çevrildi. Afaqın bişirdiyi çörəyi anası bağrına basıb ağlayır. Afaq həmişə deyirdi ki, çoxlu övladım olacaq. Heç kimin ağlına gəlməzdi ki, belə şey ola bilər”. 
Afaqın xalası deyir ki, qızı dəfn edən zaman Alim özünü öldürmək istəyib: “Oğlan heç özündə deyil. Qəbrin yanına uzanıb, deyirdi ki, məni də onun yanında dəfn edin. Sonra nişan üzüyünü çıxarıb qızın barmağına taxdı. Neçə gündü göz yaşlarını da saxlaya bilmir. Bir-birlərini çox istəyirdilər. Ölüm onları ayırdı”. 
Afaqın dəfninə qurulmuş mağar lərzəyə gəlmişdi. Anası Güldəstə xanımın gözlərində yaş yox idi. Ağlamaqdan taqəti tükənmişdi. Başları yaylıqlı qadınlar ağı deyirdi. Afaqın anası isə ağlaşma içərisində boğuq səslə: “Toyu vaya dönən balam hey!!! Mən qızımı zülmlə böyütmüşdüm. Xoşbəxt günündə tale qızımı əlimdən aldı. Balamın ölüm dərdi məni yandırır”, deyərək fəryad edirdi. Mağarın bir küncündə oturub Afaqın şəklinə gözünü zilləyən Alim isə heç kimlə danışmır, elə hey susurdu...
İndi hər iki ailədə hər kəsin gözü yolda, könlü intizardadır. Biri qızlarının onlara qonaq gələcəyi günü, digəri isə gəlinlərini gözləyirlər. Kəsəsi, Alimə Afaqla ürəkdolusu yaşamaq qismət olmadı..

Günay Musayeva

//Yeni Müsavat

{jcomments off}


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabirabadda bir nəfər kanalda batıb
15:01 25.07.2025
Sabirabadda bir nəfər kanalda batıb
Azərbaycana “dil” uzadan Valuyev 15 il azadlıqdan məhrum edildi
14:58 25.07.2025
Azərbaycana “dil” uzadan Valuyev 15 il azadlıqdan məhrum edildi
Zaur Mikayılov Xızı rayonunda vətəndaşlarla görüşüb
14:57 25.07.2025
Zaur Mikayılov Xızı rayonunda vətəndaşlarla görüşüb
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
14:48 25.07.2025
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
Qusmanın işdən çıxarılma səbəbi məlum oldu - Rusiya onun Şuşada dediyi bu sözlərə dözə bilmədi
14:34 25.07.2025
Qusmanın işdən çıxarılma səbəbi məlum oldu - Rusiya onun Şuşada dediyi bu sözlərə dözə bilmədi
Polis Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirdi
14:28 25.07.2025
Polis Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirdi
"Google" Afrikada süni intellektə 37 milyon dollar sərmayə qoyacaq
14:26 25.07.2025
"Google" Afrikada süni intellektə 37 milyon dollar sərmayə qoyacaq
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ADNSU-da - FOTOLAR
14:21 25.07.2025
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ADNSU-da - FOTOLAR
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
14:16 25.07.2025
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
“Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında əsas rol oynayıb”
14:15 25.07.2025
“Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında əsas rol oynayıb”
Tanınmış iş adamı həbsdən buraxıldı
14:09 25.07.2025
Tanınmış iş adamı həbsdən buraxıldı
Məşhur model mükafatlandırma gecəsində dələduz adlandırıldı
13:55 25.07.2025
Məşhur model mükafatlandırma gecəsində dələduz adlandırıldı
Mağazadan alınan çörəyin içindən böcək çıxdı - FOTOLAR
13:39 25.07.2025
Mağazadan alınan çörəyin içindən böcək çıxdı - FOTOLAR
Fuad Nəcəfli: Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib
13:20 25.07.2025
Fuad Nəcəfli: Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib
ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb ola bilər
13:17 25.07.2025
ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb ola bilər
"Azad edilmiş ərazilərə səfər edən ilk İsrail səfiri olmaq mənim üçün şərəfdir"
13:15 25.07.2025
"Azad edilmiş ərazilərə səfər edən ilk İsrail səfiri olmaq mənim üçün şərəfdir"