"Toyumuza bu qədər adamın gəlməyini gözləmirdim" - Nadir

"Toyumuza bu qədər adamın gəlməyini gözləmirdim" - Nadir
MAQAZİN
11:26 10.09.2025
229
Xəbər verdiyimiz kimi, Nadir Qafarzadə oğlu Əzizə toy edib.
 
AZXEBER.COM xəbər verir ki, müğənni qonaq olduğu "Günə uğurla" verilişində toydan sonrakı təəssüratlarını bölüşüb.
 
O, bildirib ki, toyda gözlədiyindən çox insan iştirak edib:
 
"Toydan sonra hələ ki, özümə gəlməmişəm. Gələnlər həddindən artıq çox idi. 240 adam dəvət etmişdim siyahıma əsasən. Amma toyun gedişatında beş ədəd 12 nəfərlik əlavə masa açdırmalı oldum. Gözləmədiyim insanlar gəlmişdi. Millət vəkilləri, həkimlər, müğənnilər. Elələləri də var idi ki, gəlməmişdi amma hədiyyəsini yollamışdı. Gələ bilməyən heç bir qonağımdan küsmürəm, hamının işi-gücü var. Aygün Kazımova neçə toyda iştirak edəndən sonra ən sonda gəlib özünü çatdırmışdı".
 
Aysel
OXŞAR XƏBƏRLƏR