Toyuna 3 gün qalmış gənc 9-cu mərtəbədən yıxılaraq öldü - VİDEO

MARAQLI
13:21 08.07.2021
1466
Toyuna 3 gün qalmış gənc 9-cu mərtəbədən yıxılaraq ölüb. 
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin İğdır bölgəsində baş verib.
 
Evlənməyə hazırlaşan İlhan Tuncar adlı şəxs toyuna 3 gün qalmış tikilməkdə olan binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb. Xəstəxanaya aparılan şəxs həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
 
Fakta bağlı polis tərəfindən araşdırma aparılır.
 
Aydın Nuri

OXŞAR XƏBƏRLƏR