Çində toya hazırlıq görən cütlük toy gününü səbirsizliklə gözləyərkən toydan bir neçə gün əvvəl aldadıldığını öyrənən bəyin dünyası alt-üst olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bəy şok yaşadıqdan sonra gələcək həyat yoldaşı üçün heç vaxt unuda bilməyəcəyi qisas planı hazırlayıb.
Ancaq gəlin ən böyük sürprizlə qarşılaşıb. Qonaqlar hər şeydən xəbərsiz toyda əylənərkən geniş ekranda videoçarx nümayiş etdirilib.
Bütün qonaqlar gördükləri mənzərədən şoka düşüblər. Görüntülərdə gəlinin nişanlısı olmayan kişi ilə eşq yaşadığı görünüb.
Gülay