13.15 Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Masallı Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə iyunun 17-də saat 01.20 radələrində rayonun Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallı rayon Şərəfə kənd sakini, 1985-ci il təvəllüdlü Bağır Qadir oğlu Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Yardımlı rayon sakini, 1990-cı il təvəllüdlü İsgəndər Rasim oğlu Əliyevin idarə etdiyi eyni markalı avtomobillə toqquşub. Nəticədə B. Məmmədov hadisə yerində, İ. Əliyev isə bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. Avtomaşınlardakı sərnişinlər - Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Xəyal İlqar oğlu Rzayev, 1985-ci il təvəllüdlü Ədil Ariz oğlu Qocayev və Yardımlı rayon sakini, 1978-ci il təvəllüdlü Namiq Mailxan oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların hər üçünün vəziyyəti orta-ağır qiymətləndirilir.12.31 Azxeber.com-un hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu gecə baş verən qəzada “Mersedes” markalı iki avtomobil toqquşub.
Hadisə nəticəsində avtomobillərdən birinin sürücüsü və həmin maşında olan daha bir nəfər həyatını itirib. Ölən sürücünün yol polisi olduğu bildirilir. Verilən məlumata görə, yol polisinin bu gün toyu olacaqmış.