Toyundan 9 ay sonra hamilə arvadının gözü qarşısında öldürüldü - Namus cinayəti

Toyundan 9 ay sonra hamilə arvadının gözü qarşısında öldürüldü - Namus cinayəti
DÜNYA
12:04 17.09.2018
3271
Bəy toyundan 9 ay sonra vəhşicəsinə qətlə yetirilib.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, Hindistanda 24 yaşlı kişi hamilə xanımının gözü qarşısında pala ilə öldürülüb.

24 yaşlı Pranay Kumar "namus cinayəti"nə qurban gedib. Belə ki, o, yuxarı kastaya mənsub qızla evləndiyinə görə qətlə yetirilib.

Hadisə cütülk Miryalquda şəhərindəki "Jyothi Hospital"dan qayıdarkən baş verib. Oğlanın boynundan pala ilə zərbələr endirən qatil kameralara düşüb. Qatil Pranayı öldürdükdən sonra palanı orada qoyaraq qaçıb.

Hazırda polis hər yerdə cinayəti törədən şəxsi axtarır.
 

OXŞAR XƏBƏRLƏR