Toyuq davası 1 qadının ölümünə səbəb oldu

DÜNYA
09:21 25.07.2012
7417
APA-nın İSNA-ya istinadən məlumatına görə, əhalisinin sayı 270 min nəfər olan şəhərin əsas meydanına toplaşan minlərlə sakin toyuq ətinin son iki ay ərzində iki dəfə bahalaşmasının günahını hökümətdə gördüklərini bildiriblər və bununla bağlı müxtəlif şüarlar səsləndiriblər.Aksiya iştirakçıları həmçinin elektrik enerjisinin fasilələrlə verilməsi, milli valyutanın ucuzlaşması, sosial yardımların azalması ilə bağlı da etirazlarını bildiriblər. Polis aksiyaya heç bir müdaxilə etməyib.Qeyd edək ki, İranda toyuq ətinin qiyməti son bir ildə 3 dəfə artıb. Ona görə də İran hökuməti toyuq ətinin qiymətinin gündən-günə qalxmasına seyrçi qalmayaraq bazarlara 54 min ton toyuq əti göndərib. Hər gün saat 07.00-dan 17.00-dək 1700 ton toyuq əhaliyə güzəştli qiymətlərlə, yəni 80 min riala, yaxud 6,7 dollara satılır. Bu da toyuq əti satılan mağazaların qarşısında böyük növbələrə səbəb olub.

OXŞAR XƏBƏRLƏR