Türkiyədə 13 nəfər dönərdən zəhərlənib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Edremit bölgəsində dünən günorta saatlarında dönər yeyən 13 nəfər ürəkbulanma və qusma şikayətləri ilə xəstəxanaya müraciət edib.
Aparılan müayinələr zamanı müraciət edənlərə qida zəhərlənməsi diaqnozu qoyulub. Onların toyuq dönəri yedikləri məlum olub.
Gülay