Toyuq əti yeyən şəxsin ağzında kəsiklər yarandı - Şirkət məhsulu geri çağırdı

Toyuq əti yeyən şəxsin ağzında kəsiklər yarandı - Şirkət məhsulu geri çağırdı
DÜNYA
00:14 07.11.2023
420
ABŞ-nin quşçuluq şirkəti məhsullarında metal hissələr aşkar edildikdən sonra 13 ton toyuq ətini bazardan çıxarmaq qərarına gəlib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, şirkətin toyuq ətini yeyən şəxsin ağzında kəsiklər olduğu bildirilib.

Şirkət açıqlamasında "Bəzi istehlakçılar məhsullarda əyilə bilən metal hissələri tapdıqlarını bildirdilər və şirkət ehtiyat tədbiri olaraq bu məhsulu bazardan geri çağırır", - deyə bildirib. 

Qida Təhlükəsizliyi və Nəzarət Xidməti toyuq əti istehlak edən şəxsin ağzında kəsik xəbəri aldığını və oxşar vəziyyətlə qarşılaşan şəxslərin səhiyyə müəssisələrinə müraciət etmələri lazım olduğunu bildirib. 

Məlumata görə, ABŞ-nin ən böyük toyuq istehsalçılarından biri olan "Tyson Food” əvvəllər də oxşar səbəblərdən məhsullarını bazardan geri çəkmişdi. 

Gülay
OXŞAR XƏBƏRLƏR