Toyvo Klaar: “Biz münaqişənin hərtərəfli həlli istiqamətində işləyirik”

Toyvo Klaar: “Biz münaqişənin hərtərəfli həlli istiqamətində işləyirik”
DÜNYA
23:45 06.06.2022
455
"Biz həmişə münaqişənin hərtərəfli həllinə ehtiyac olduğunu vurğulamışıq. Bu istiqamətdə işləyirik”.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar deyib.

"Hesab edirəm, məsələ (Ermənistan-Azərbaycan münaqişəsi) sonda hərtərəfli nizamlanmanın olmasından ibarətdir. Münaqişənin necə başladığını hamımız bilirik, onu nəhayət həll etmək lazımdır”, - Aİ rəsmisi əlavə edib.

"Aldığım mesaj ondan ibarətdir ki, liderlərin (Azərbaycan, Ermənistan və Aİ Şurasının sədri) bir neçə həftə əvvəl Brüsseldə keçirilən görüşü konkret nəticələr verdi. Sərhəd komissiyalarının ilk iclası keçirilib. Sonra kommunikasiya xətlərinin açılması məsələsini müzakirə etmək üçün Moskvada baş nazir müavinlərinin görüşü baş tutdu və liderlər bunu Brüsseldə də müzakirə etdilər. Və bu bizi ruhlandırır. Bakının reaksiyası ondan ibarətdir ki, həm Brüssel görüşünün, həm də onun sonrakı gedişatının qiymətləndirilməsi müsbətdir. Beləliklə, kifayət qədər müsbət tendensiya var. Və düşünürəm ki, onu inkişaf etdirmək olar”, - Klaar bildirib.

Münaqişənin nizamlanması ilə bağlı Brüssel və Moskva arasında mümkün rəqabətlə bağlı deyilənlərə gəlincə, Toivo Klaarın fikrincə, Aİ "müəllif hüquqları”na iddia etmir və hazırda ən başlıcası prosesi irəli aparmağa çalışmaqdır.

"Avropa İttifaqı heç bir şeyə müəlliflik hüququ iddia etmir. Biz tərəqqi görməkdə və onu dəstəkləməkdə maraqlıyıq. Düşünürəm ki, Prezident Mişelin (Ermənistan və Azərbaycan-red) liderləri ilə üç görüşü, eləcə də Prezident Makronun Azərbaycan və Ermənistan liderləri ilə görüşü ilə buna nail ola bildi. Bizim etmək istədiyimiz də budur”, - avropalı diplomat başqa formatların, xüsusən də Moskvada ölkə liderləri səviyyəsində üçtərəfli görüşlərin olduğunu xatırladıb.

O, həmçinin Azərbaycan, Rusiya və Ermənistanın baş nazirlərinin müavinlərinin Moskvada regionda kommunikasiyaların açılması məsələlərinə dair İşçi Qrupunun sonuncu iclasına toxunub. "Bu, bizi düzgün istiqamətə yönəldirsə, çox yaxşıdır. Axı Avropa İttifaqının yeganə marağı prosesi asanlaşdırmaq və uzunmüddətli hərtərəfli nizamlanmanın əldə olunmasına kömək etməkdir”, - Klaar əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
16:47 15.08.2025
Paşinyan haqda fikirlərinə görə tənqid olunan Misir Mərdanov: “Mən olanı demişəm”
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
16:40 15.08.2025
Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
16:36 15.08.2025
Bu çağırışçılara möhlət verilir - Ailə vəziyyətinə görə
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
16:27 15.08.2025
Azərbaycanda abortların sayı kəskin sürətdə artır – Bunun qarşısını necə alaq?
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
16:22 15.08.2025
Maaş kartını "Bank of Baku"ya gətir, üstünlüklər əldə et!
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
16:20 15.08.2025
“Polis rəislərinə birbaşa müraciət vətəndaşın səsini qərarverici şəxsə çatdıracaq” - Şura sədri
Bu şəxslər hərbi çağırışdan azad edilir
15:56 15.08.2025
Bu şəxslər hərbi çağırışdan azad edilir
Azərbaycanda boşananların sayı azalıb
15:48 15.08.2025
Azərbaycanda boşananların sayı azalıb
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
15:47 15.08.2025
Azərbaycanda 1 milyon 103 min 300 nəfər pensiyaçı var
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
15:20 15.08.2025
Tramp Putinlə görüşündən gözləntiləri haqqında: "Gözləntilər yüksəkdir!!!"
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
15:05 15.08.2025
"Bunları etməkdən çəkinin"- Astroloqdan AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
14:58 15.08.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
14:56 15.08.2025
Rusiyanın informasiya müharibəsinə Azərbaycan necə cavab verməlidir? - Deputatlar şərh etdilər
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
14:34 15.08.2025
Donald Tramp 907-ci düzəlişi rəsmən dayandırıb
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
14:28 15.08.2025
"Rusiyanın qəzəbi və əsassız ittihamları Azərbaycanın gücünün və uğurlarının göstəricisidir"
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
14:08 15.08.2025
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib