TQDK-dan şok qərar: Təhsil haqları 1000 manatdan 2500 manata qaldırıldı

TQDK-dan şok qərar: Təhsil haqları 1000 manatdan 2500 manata qaldırıldı
GƏNCLİK
18:43 08.06.2011
6162
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) orqanı olan «Abituriyent» jurnalının 3-cü sayında məlumat verilib.

1000 MANATDAN 2500 MANATA QALXAN TƏHSİL HAQQI

Ən çox artım Azərbaycan Tibb Universitetinin «Müalicə işi»nin ödənişli bölməsinin əyani şöbəsində olub. Bu fakültədə illik təhsil haqqı 1000 manatdan 2500 manata qaldırılıb.

Azərbaycan Müəllimlər İnstitutu, Texniki Universitet, İqtisad Universiteti, Neft Akademiyası, Pedaqoji Universitet, Dillər Universiteti və daha bir sıra ali təhsil müəssisələrin bir çox fakültələrində illik təhsil haqqı 300 manata qədər artıb.

Tibb Universitetinin Tədris Şöbəsinin inspektoru AzadlıqRadiosuna deyib ki, təhsil haqqını universitet təyin etmir, bu onlara TQDK-dan gələn qiymətlərdir.

İndi Azərbaycanın ali təhsil müəssisələrində ən aşağı təhsil haqqı 900, ən yuxarı təhsil haqqı isə 4500 manatdır.

Təhsil haqqının ən yuxarı olduğu universitet Qafqaz Universitetidir. Bu Universitetin Beynəlxalq münasibətlər (tədris ingilis dilindədir) fakültəsində illik təhsil haqqı 4500 manatdır.

TQDK QİYMƏTLƏRİN NAZİRLƏR KABİNETİNDƏN TƏQDİM OLUNDUĞUNU DEYİR

TQDK rəsmisi Elnur Nağızadənin AzadlıqRadiosuna deməsinə görə, onlara ali məktəblərdəki illik təhsil haqqı ilə bağlı məlumatlar Nazirlər Kabinetindən təqdim olur və Komissiya da bunun əsasında sənəd hazırlayır.

«TQDK-nın qiymətlərin müəyyənləşməsində heç bir rolu yoxdur. Ali təhsil müəsissələrinin rəhbərləri Nazirlər kabinetinə müraciət edir və NK da həmin müraciətlər əsasında bizə qəbul planı ilə yanaşı təhsil haqqı qiymətlərini təqdim edir».

REKTOR DEYİR BİZ MÜRACİƏT ETMƏMİŞİK

Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri və İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev isə deyir ki, onlar təhsil haqqının artırılması ilə bağlı Nazirlər Kabinetinə müraciət etməyiblər. Onun sözlərinə görə, bu dövlət sifarişi üçün təhsil alan tələbələrə aiddir və bu barədə Nazirlər Kabineti özü qərar qəbul edib.

«DÖVLƏTİN AYIRDIĞI PULLARI YEYİRLƏR, ƏVƏZİNDƏ...»

Təhsil eksperti Səftər Nəhmətov isə dövlət sifarişi məsələsi ilə razılaşmır. Deyir əgər dövlət sifarişi varsa onda təyinatlar da açıqlansın. Səftər Nəhmətov deyir ki, sifarişi verən dövlət yaxşı olar ki, elə pulu da özü ödəsin.

«Məncə burda başqa məqamlar var. Dövlətin ayırdığı pulları yeyirlər, onun əvəzində ölkədə maaşlarda, təqaüdlərdə heç bir artım olmadığı halda onsuz da çox olan təhsil haqqını daha da artırırlar. Bundan başqa ötən ilki təhsilin səviyyəsi və maddi texniki bazası arasında nə qədər dəyişiklik olub ki, təhsil haqqın bu qədər artırırlar».

Səftər Nəhmətova görə, rəsmi qurumlar təhsil haqqının artırılması səbəblərinə aydınlıq gətirməlidirlər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb
20:33 02.07.2025
Göygöldə çağırışa gedən təcili tibbi yardım briqadası təzyiqə məruz qalıb
XİN: Rusiya vətəndaşlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi barədə iddialar əsassızdır
20:30 02.07.2025
XİN: Rusiya vətəndaşlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi barədə iddialar əsassızdır
Xüsusi icra məmuruna dair tələblər məlum olub, and içəcəklər
20:20 02.07.2025
Xüsusi icra məmuruna dair tələblər məlum olub, and içəcəklər
Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək
20:08 02.07.2025
Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
19:59 02.07.2025
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
19:46 02.07.2025
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir