TQDK nəticələri açıqladı: 6 nəfər 700 bal yığdı

TQDK nəticələri açıqladı: 6 nəfər 700 bal yığdı
SOSİAL
16:33 17.07.2016
12675
13 abituriyent qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali təhsil müəssisələrinə cari ilin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 17-də saat 15:40-dan etibarən açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.
Abituriyentlər imtahan nəticələrini, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər. Nəticələrə əsasən, imtahanda iştirak etmək üçün sənəd vermiş 25956 abituriyentdən 1035 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 24921 abituriyentdən 13 nəfəri qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.
İmtahanda I ixtisas qrupu üzrə 3 oğlan abituriyent (Xırdalan şəhər 5 saylı orta məktəbin, “Ankara Məktəbi” məktəb-liseyinin, BDU-nun nəzdindəki Bakı Türk liseyinin məzunları) , IV ixtisas qrupu üzrə isə 2 oğlan, 1 qız olmaqla ümumilikdə 3 abituriyent (İsmayıllı rayonu 5 saylı şəhər orta məktəbin, Şəmkir rayonu Çinarlı qəsəbə 2 saylı orta məktəbin, Qazax rayonu Canallı kənd orta məktəbinin məzunları) ona təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.
İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 29-dan avqustun 10-dək aparılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi
11:25 24.08.2025
Tatarıstan rəhbəri Mehriban Əliyevanı təbrik etdi