TQDK orta məktəb şagirdlərinə müraciət etdi

İDMAN
19:37 05.04.2013
1685

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindənverilən xəbərə görə, müraciətdə bildirilir ki, bu il ilk dəfə olaraq keçiriləcək monitorinq imtahanlarının nəticələrinin buraxılış imtahanlarının nəticəsinə heç bir təsiri yoxdur.Buraxılış imtahanları IX və XI sinif şagirdləri üçün yalnız ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənlərindən olacaq.TQDK tərəfindən müəyyən orta ümumtəhsil müəssisələrində monitorinq imtahanları V siniflər üzrə ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənləri üzrə, XI siniflər üzrə ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq.

OXŞAR XƏBƏRLƏR