TQDK sədri Misir Mərdanovu «topa tutdu»

TQDK sədri Misir Mərdanovu «topa tutdu»
MARAQLI
12:14 07.12.2011
2256
Məleykə Abbaszadə: «455 müəllimin saxta diplomla işə götürülməsinə Təhsil Nazirliyi cavabdehlik daşıyır»Komissiya sədri gələn il buraxılış imtahanlarının nəticələrinin qəbul zamanı nəzərə alınmayacağını bəyan etdiTələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Təhsil Nazirliyini kəskin tənqid edib. TQDK sədri əvvəlcə Misir Mərdanovun başlatdığı «saxta diplom» kampaniyasına münasibət bildirib: “Orta məktəblərdə 455 nəfərin saxta diplomla işə götürülməsi mənə çox təəccüblü gəlir. Çünki diplomları verən və təsdiqləyən, bir sözlə buna cavabdeh olan təşkilat elə Təhsil Nazirliyidir”. (APA)M. Abbaszadə qeyd edib ki, TQDK-ya yalnız ali məktəblərə qəbul aparır: “TQDK-nın nəzdindəki tələbə-məzun bazası 2 ildir ki, müxtəlif təşkilatlar üçün açıqdır. Ali məktəblərə qəbul olan və bitirən şəxslərlə bağlı məlumatları buradan əldə etmək olar”.TQDK sədri deyib ki, qəbul imtahanlarında iştirak edən nəzarətçi müəllimlər arasında saxta diplomlular yoxdur: “Nəzarət bazasına hər bir müəllim haqqında məlumat daxil olanda, onun sənədləri ciddi yoxlanılır. Qəbul imtahanlarında 1990-cı illərə qədər ali məktəbi bitirən şəxslər iştirak edirlər. Çox gənc müəllimləri nəzarətçi kimi qəbul etmirik. Belə olan halda onlar demək olar ki, yaşıdlarının arasına düşürlər. Bu isə pedaqoji nöqteyi-nəzərdən düzgün deyil”.M.Abbaszadə həçminin orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının nəticələri qəbul zamanı nəzərə alınmayacaq. TQDK sədri bunun səbəbini imtihanların nəticələriinin aşağı olması ilə izah edib: «Biz bunu çox istəyərdik. Çox təəssüf ki, mərkəzləşmiş imtahanlarla əlaqədar ümidlər özünü doğrultmadı». Beləliklə, qəbul qaydalarını attestat qiymətlərinə uyğun olaraq dəyişməyin, hələlik mümkün olmadığı reallığı rəsmi qaydada bir daha təsdiq edildi.Təhsil eksperti Əlövsət Osmanlı isə hesab edir ki, Təhsil Nazirliyinin keçirdiyi imtahanlara etibarlılıq səviyyəsi çox aşağıdır: «İndi ölkə ictimaiyyətini bir sual düşündürür: Külli miqdarda dövlət resurslarının xərcləndiyi mərkəzləşdirilmiş buraxılış imtahanlarını toplumun və dövlət qurumlarının etibar edəcəyi səviyyədə təşkil edə bilməyən Təhsil Nazirliyi öz bacarıqsızlığını necə izah edəcək?Əslinə qalsa, təhsil məmurlarından izah gözləməyə ehtiyac da yoxdur. Çünki ən doğru izah hər il buraxılış imtahanlarından sonra nazirliyin binası önündə valideynlərin və məzunların keçirdiyi etiraz nümayişləri ilə verilir.Əgər Təhsil Nazirliyi sistemində attestat alverinin mövcudluğu, hətta məhkəmə qərarları ilə sübut olunmuş bir həqiqətdirsə, onda TQDK öz qaydalarını bu quruma etibar edərək necə dəyişə bilər? Məgər Goranboy Rayon Təhsil Şöbəsinin müdiri 13 məktəb direktoru ilə birlikdə «attestat alveri» etmirdimi?»Ə.Osmanlıya görə, belə təəssürat yaranır ki, Təhsil Nazirliyi buraxılış imtahanlarını nəticələrinə etibar ediləcək şəkildə təşkil etmək istəmir: «Görünür, bunda hansısa marağı var. Məsələn, buraxılış imtahanlarının test bankının əvvəlcədən çap edilib satılmasının məntiqi izahı yoxdur. Əgər test çalışmaları əvvəlcədən məzunlara bəllidirsə, onda belə imtahanın nəticəsi heç nəyi ifadə edə bilməz. Digər tərəfdən, Təhsil Nazirliyinin icad etdiyi «qaydalar» hər il minlərlə məzuna imtahandankənar attestat almaq imkanı yaradır. Bu imtahanları yalandan şouya çevirib dövlətin pulunu göyə sovurmağın anlamı nədir?».
//bizimyol
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı