"Trabzonspor" Avropanı təəcübləndirməyə davam edir (NƏTİCƏLƏR)

İDMAN
11:09 28.09.2011
1602
Çempionlar Liqasında II turun oyunlarına start verilib. İlk 4 qrupda 8 oyun baş tutub.
Günün ilk oyunu Moskvada keçirilib və "Lill"lə səfər qarşılaşmasından bir xalla dönən ÇSKA ötən tur "Trabzonspor"a yenilən "İnter"i qəbul edib. Yeni baş məşqçisinə qovuşan "İnter" səfər oyununda üç xala sevinib.
İlk turda gözlənilmədən Milanda "İnter"i yenən "Trabzonspor" bu dəfə doğma meydanda oynayıb və qara dəniz təmsilçisi "Avni Aker"də Fransa çempionu "Lill"i qəbul edib. Hamı bu oyunda qonaqları favorit hesab edirdi. Gözlənildiyi kimi ilk qol fransızlardan gəlib. 31-ci dəqiqədə Mussa Sov fərqlənib. Lakin 75-ci dəqiqədə penaltini qola çevirən Qustavo Kolman "Trabzonspor"un liderliyini qoruyub.
İlk turda xal itirən "Mançester Siti" "Vilyarreal"ı yenmiş "Bavariya"nın qonağı olub. Bu oyunda ingilislərin xal qazanacağı gözlənilsə də, "Bavariya" buna imkan verməyib. Mario Qomes ilk yarıdakı dublu Münhen təmsilçisinə qələbə qazandırıb.
Qrupun digər oyununda "Napoli" "Vilyarreal"ı qəbul edib. İlk turda "Vilyarreal" yenə xalsız qalıb. "Napoli" ilk 17 dəqiqədə vurulan 2 qolla 3 xalı aktvinə yazıb.
Ötən tur "Mançester Yunayted"lə evdə heç-heçə oynayan "Benfika" "Bazel"ə yenilmiş "Otselul"un qonağı olub. Portuqaliyalılar Bruno Cesarın tək qolu ilə qələbəni bayram edib.
"Mançester Yunayted" isə ev oyununda "Bazel"i sınağa çəkib. Bu oyunda ingilislərin rəqibinə divan tutacağı gözlənilirdi. İlk yarıda bütün proqnozlar doğrulub. "Qırmızı şeytanlar" Danni Velbekin dublu ilə 45 dəqiqə üstün tamamlayıb. Lakin ikinci hissədə Fabian Freyla Aleksandr Frayın üç qolu "Old Trafford"u şoka salıb. Eşli Yonqun son dəqiqədə vurduğu bərabərlik qolu ingilisləri bir az rahatlaşdırsa da, "Mançester Yunayted"in "Bazel" kimi komanda ilə ev oyununda xal itirməsi gecəri n sürprizi olub.
"Neftçi"ni Çempionlar Liqasında mübarizədən kənarlaşdırmış "Dinamo" səfərdə meydana çıxıb. İlk turda "Real"a minimal hesabla yenilən Zaqreb təmsilçisi bu dəfə Lionda "Olimpik"ə boyun əyib. Fransızlar Bafetimbi Qomiş və Bakary Konenin qolları ilə qələbəni bayram edib.
"Santiaqo Bernabeu"da "Ayaks"ı qəbul edən "Real" darmadağına imza atıb. İlk yarıda Kriştiano Ronaldo və Kakanın qolları ilə önə keçən "Kral Klubu" ikinci hissənin əvvəlində Kərim Benzema ilə sevinib - 3:0. 
Bu oyun Hamit Altintop üçün əlamətdar olub. Yayda "Real"a keçən Türkiyə yığmasının üzvü zədə səbəbindən yeni komandasında debüt edə bilməmişdi. Artıq zədəsini sağaldan Hamit "Kral Klubu"nda ilk oyununa çıxıb. O, 84-cü dəqiqədə Mesut Özili əvəzləməklə "Santiaqo Bernabeu"da "Real" azarkeşləri ilə salamlaşıb.
Çempionlar Liqası
II tur
27 sentyabr
A qrupu
Bavariya (Almaniya) - Mançester Siti (İngiltərə) 2:0 
Qollar: Mario Qomes, 38; 45+1.
Napoli (İtaliya) - Vilyarreal (İspaniya) 2:0
Qollar: Marek Hamsik, 14. Edison Kavani, 17-pen.
B qrupu
ÇSKA (Moskva, Rusiya) - İnter (İtaliya) 2:3
Qollar: Alan Caqoyev, 45+3. Vaqner Love, 77 - Lusio, 6. Giampaolo Pazzini, 23. Mauro Zarate, 79.
Trabzonspor (Türkiyə) - Lill (Fransa) 1:1
Qollar: Qustavo Kolman, 75-pen - Mussa Sov, 31
C qrupu
Otselul (Rumıniya) - Benfika (Portuqaliya) 0:1
Qol: Bruno Cesar, 41.
Mançester Yunayted (İngiltərə) - Bazel (İsveçrə) 3:3
Qollar: Danni Velbek, 16; 17. Eşli Yonq, 90 - Fabian Fray, 58. Aleksandr Fray, 60; 76-pen.
D qrupu
Real (İspaniya) - Ayaks (Hollandiya) 3:0
Qollar: Kriştiano Ronaldo, 25. Kaka, 41. Kərim Benzema, 49. 
Olimpik (Lion, Fransa) - Dinamo (Xorvatiya) 2:0
Qollar: Bafetimbi Qomiş, 23. Bakary Kone, 42.

OXŞAR XƏBƏRLƏR