"Trabzonspor" yeni transferini təqdim etdi

İDMAN
15:18 28.06.2024
167
"Trabzonspor"da yeni transfer Cihan Çanakla 3+1 illik müqavilə imzalanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "Trabzonspor"un İdarə Heyətinin üzvü Hüseyn Ekşi yeni transferlə bağlı öz fikirlərini bölüşüb.
 
O, yeni transfer haqqında danışarkən deyib: 
 
"Övladımızı yeni evində salamlayırıq. Cihan Belçikada Ümit Milli Komandamızda böyük uğurlar qazanıb. O, çoxyönlü futbolçudur, hamımız ürəkdən inanırıq ki, o, burada da çox uğur qazanacaq. Hədəfi böyük olduğu üçün böyük Trabzonspora gəlib”.
 
Cihan Çanak isə yeni klubu haqda deyib: 
 
"Trabzonluyam, "Trabzonspor"luyam. Çox sevdiyim komandadan təklif alanda çox sevindim. Hədəfim "Trabzonspor”la çempion olmaq və kuboklar qazanmaqdır”.
 
Oksana

OXŞAR XƏBƏRLƏR