Donald Tramp 2024-cü il prezident seçkilərində namizədliyini rəsmən açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da ara seçkilərə böyük ümidlərlə girən, lakin gözlədiyini ala bilməyən keçmiş prezident Donald Tramp 2024-cü il seçkilərində namizədliyini rəsmən açıqlayıb.
Tramp erkən hərəkət edib namizədliyini elan etsə də, 2024-cü il seçkilərində Respublikaçılardan namizədliyini irəli sürmək üçün hələ çox var.
İddialara görə, Trampın namizədliyini erkən elan etməsinin səbəblərindən biri namizədləri qorxutmaq və onların namizədliyini elan etməsinə mane olmaqdır.
Ayşən