Tramp Ağ Evdə Əhməd əl Şaraanı qəbul edəcək

Tramp Ağ Evdə Əhməd əl Şaraanı qəbul edəcək
DÜNYA
23:12 01.11.2025
127
ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriya keçid dövrü prezidenti Əhməd əl-Şaraanı qəbul edəcək.

Bu barədə məlumatı ABŞ-ın Türkiyədəki səfiri və Suriyə üzrə xüsusi nümayəndəsi Tom Barrak Axios portalına açıqlamasında təsdiqləyib.

Məlumata görə, Əhməd əl Şaraa Vaşinqtona səfəri zamanı Suriya tərəfinin ABŞ-ın rəhbərlik etdiyi "İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiyaya” qoşulmasını nəzərdə tutan sənədləri imzalayacağı gözlənilir.

Portal qeyd edir ki, bu, Suriyanın prezidentinin Ağ Evə ilk rəsmi səfəri olacaq.
 
/APA
OXŞAR XƏBƏRLƏR