Tramp ABŞ-də istehsal olunmayan filmlərə və mebelə rüsumlar tətbiq edəcək

Tramp ABŞ-də istehsal olunmayan filmlərə və mebelə rüsumlar tətbiq edəcək
DÜNYA
01:25 30.09.2025
133
ABŞ Prezidenti Donald Tramp xarici filmlərə və mebelə qarşı rüsumlar tətbiq etmək niyyətində olduğunu bildirib.

ABŞ lideri bu barədə "Truth Social" platformasında yazıb.

"ABŞ-nin hüdudlarından kənarda çəkilmiş istənilən filmə 100% həcmində rüsum tətbiq edəcəyəm", - deyə o vurğulayıb.

Tramp həmçinin ABŞ ərazisindən kənarda mebel istehsal edən hər bir ölkə üçün əhəmiyyətli dərəcədə rüsumlar təyin edəcəyini vəd edib.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR