Tramp: ABŞ günün sonuna qədər Türkiyəyə F-35 və Patriot satışı ilə bağlı qərar verə bilər

Tramp: ABŞ günün sonuna qədər Türkiyəyə F-35 və Patriot satışı ilə bağlı qərar verə bilər
DÜNYA
23:20 25.09.2025
99
Vaşinqton administrasiyası cümə axşamı Türkiyəyə "F-35" və "F-16" döyüş təyyarələri, "Patriot" hava hücumundan müdafiə raket sistemləri və ya digər Amerika silahlarının potensial satışı ilə bağlı qərarlar qəbul edə bilər.

Bunu ABŞ lideri Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşün əvvəlində deyib.

Ərdoğanın sözügedən silahları əldə etmək istəyindən danışan Amerika lideri qeyd edib: "Düşünürəm ki, o, istədiyini ala biləcək. Onun və bizim də müəyyən şeylərə ehtiyacımız var. Odur ki, bir qərara gələcəyik. Günün sonuna kimi biləcəksiniz".
 
/report
OXŞAR XƏBƏRLƏR