ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton administrasiyası dünya bazarlarında neftin qiymətinin aşağı salınmasına çalışır.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə o, Ağ Evdə Bəhreynin Baş naziri Salman bin Həməd bin İsa Al Xəlifə ilə görüşündə danışıb.
"Bu gün neftin bir barelinin qiyməti 64 dollar olub. Bu əladır. Əslində bu, müharibələrin qarşısını almağa kömək edəcək. Ümid edirik ki, qiymətin bir qədər də aşağı düşməsinə nail olacağıq”, – deyə Tramp əlavə edib.