Tramp: "ABŞ Polşa və Baltikyanı ölkələri Rusiyadan qoruyacaq"

Tramp: "ABŞ Polşa və Baltikyanı ölkələri Rusiyadan qoruyacaq"
DÜNYA
23:25 21.09.2025
188
"Rusiya ilə münasibətlərin gərginləşəcəyi təqdirdə ABŞ Polşa və Baltikyanı ölkələrə müdafiə yardımı göstərəcək".

Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

O, Rusiyanın mümkün hücumuna qarşı Baltikyanı ölkələr və Polşaya kömək göstəriləcəyini təsdiqləyib.

Xatırladaq ki, son günlərdə Rusiya qırıcıları və dronları Polşa, Rumıniya və Estoniyanın hava məkanını pozub.
 
/Oxu.az
OXŞAR XƏBƏRLƏR