Tramp administrasiyası İranla bağlı hədəflərini dəyişir

Tramp administrasiyası İranla bağlı hədəflərini dəyişir
DÜNYA
10:42 16.08.2026
554
ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranla müharibə ilə bağlı əvvəl açıqladığı sərt hədəfləri tədricən yumşaltdığı görünür.

CNN xəbər verir ki, administrasiya əvvəlcə İranın tam təslim olması, rejim dəyişikliyi, Tehranın nüvə silahı əldə etməsinin qarşısının alınması və "Hizbullah” kimi regional qüvvələrə dəstəyin dayandırılması kimi məqsədlər irəli sürüb. Lakin müharibənin altıncı aya keçməsi ilə bu siyahı nəzərəçarpacaq dərəcədə dəyişib.

ABŞ vitse-prezidenti Cey Di Vens "Fox News”a müsahibəsində müharibənin başa çatması üçün iki əsas məqsədi açıqlayıb. Onun sözlərinə görə, birinci məqsəd Körfəz ölkələrindən dünya bazarına neft və qaz tədarükünün davam etməsi və enerji qiymətlərinin sabit saxlanmasıdır. İkinci məqsəd isə İranın nüvə silahı əldə etməsinə imkan verməməkdir.

Ağ Evin mətbuat katibi Karolin Livitt isə bildirib ki, hər iki məqsəd Tramp üçün eyni dərəcədə vacibdir.

Enerji qiymətlərinin aşağı saxlanılması əvvəllər administrasiyanın İran müharibəsi ilə bağlı əsas hədəfləri sırasında göstərilmirdi. Tramp may ayında amerikalıların maliyyə vəziyyətinin müharibə ilə bağlı qərarlarına təsir etmədiyini demişdi.

Son aylarda administrasiyanın digər tələbləri də arxa plana keçib. İranın zənginləşdirilmiş uranı təhvil verməsi, raket infrastrukturu və regional silahlı qruplara dəstəyin tam dayandırılması kimi əvvəlki şərtlər artıq daha az vurğulanır.

Vaşinqtonun enerji qiymətlərini "birinci məqsəd” kimi önə çıxarması Tramp administrasiyasının müharibəni ilkin hədəflərindən daha məhdud nəticələrlə başa vurmağa hazırlaşa biləcəyinə işarədir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
08:26 18.10.2026
Xırdalanda uşaq əyləncə mərkəzindəki yanğın məhdudlaşdırılıb - Yenilənib
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
07:12 18.10.2026
Livan ABŞ və İsrail hərbçiləri ilə danışıqlara başlayır
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
07:00 18.10.2026
Lionel Messinin şərəfinə yeni bitki növü adlandırılıb
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
06:40 18.10.2026
Tramp ABŞ və Kanadanın gec-tez ticarət sazişi imzalayacağını bildirib
“İflic olacağam və yataqda qalacağam”
06:28 18.10.2026
“İflic olacağam və yataqda qalacağam”
Makronu ölümlə hədələdilər
06:10 18.10.2026
Makronu ölümlə hədələdilər